IMG-LOGO

Dünyanın ən gəlirli akademiyasına malik futbol klubu

11 Jan 2024 18:38 203 baxış
IMG

Futbolda İdman Araşdırmaları üzrə Beynəlxalq Mərkəz (CIES Football Observatory) son on ildə oyunçu transferlərindən əldə edilən gəlirlərə görə dünyanın ən gəlirli yüz klub futbol akademiyasının reytinqini tərtib edib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, hesabat dövründə ümumi dəyəri 516 milyon avroya 30 futbolçu satan Portuqaliyanın "Benfika" akademiyası ən çox qazanc əldə edən akademiya seçilib.

Reytinqdə ikinci yerdə 36 futbolçunu 376 milyon avroya satan Amsterdamın “Ayaks” klubunun akademiyası qərarlaşıb. Üçüncü yerdə isə 32 yetirməsini cəmi 370 milyon avroya satan Fransanın "Lion"udur.

 

Mənbə: lent.az

Xəbər lenti