IMG-LOGO

Hakan Fidan Səudiyyə Ərəbistanı və BƏƏ-dən olan həmkarları ilə telefonla danışıb

02 Jan 2026 21:23 38 baxış
IMG

Türkiyənin xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan əl Səud və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed Al Nahyanla telefon danışıqları aparıb.

"Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Türkiyənin Xarici İşlər Nazirliyindəki mənbələrdən verilən məlumata görə, danışıqlarda Yəməndəki son hadisələr müzakirə edilib.

Xəbər lenti