ABŞ Prezidenti Donald Trampla yanvarın 5-də telefon danışığım olacaq.
"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasına deyib.
O bildirib ki, danışıqlarda Rusiya-Ukrayna müharibəsi, Fələstin məsələsi barədə müzakirələr aparılacaq.
Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putin, Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ Prezidenti Donald Tramp və Avropa liderləri ilə danışıqları davam edir.