IMG-LOGO

Yakutiyada baş verən yanğında uşaqlar da daxil olmaqla, beş nəfər ölüb

02 Jan 2026 07:56 4 baxış
IMG

Yakutiyanın Suntar rayonunda baş verən yanğında üçü uşaq olmaqla, beş nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə regional FHN idarəsi öz "Telegram" kanalında məlumat yayıb.

"Əfsuslar olsun ki, yanğının söndürülməsi zamanı beş nəfərin meyiti aşkar edilib, onların arasında üç uşaq da var. Yanğının sahəsi 24 kv.m təşkil edib. Söndürmə işlərinə respublika yanğın mühafizəsinin 6 əməkdaşı və 2 texnika cəlb olunub", – deyə qurumun açıqlamasında bildirilib.

Hadisə yerində Rusiya FHN-in istintaqçıları və əməliyyat qrupu çalışır. Yanğının səbəbi və başvermə şəraiti araşdırılır.

Xəbər lenti