IMG-LOGO

Azərbaycan XİN Sudan və Kubanı Milli Gün münasibətilə təbrik edib

01 Jan 2026 20:07 7 baxış
IMG

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Sudanı bu ölkənin Milli Günü münasibətilə təbrik edib.

"Report" xəbər verir ki, müvafiq paylaşım XİN-in "X" sosial media hesabında yerləşdirilib.

"Sudan xalqını və hökumətini Milli Gün münasibətilə səmimi qəlbdən təbrik edirik. Milli Gününüz mübarək, Sudan!" - paylaşımda bildirilib.

Azərbaycan XİN Kubanın da Milli Günü münasibətilə paylaşım edib.

"Kubanın xalqını və hökumətini Milli Gün münasibətilə ürəkdən təbrik edirik. Milli Gününüz mübarək, Kuba!" - paylaşımda vurğulanıb.

Xəbər lenti