Pakistan və Hindistan Yeni ilin ilk günündə bir-biri ilə nüvə obyektləri və mülki məhbus siyahılarını paylaşıblar.
"Report" xəbər verir ki, İslamabad və Yeni Delhi rəhbərlikləri mövzu ilə bağlı rəsmi açıqlamalar yayıblar.
Hindistan Xarici İşlər Nazirliyi 2008-ci ildə tərəflər arasında imzalanan müqaviləyə əsasən, eyni anda Yeni Delhi və İslamabadda nüvə obyektləri və mülki məhbus siyahılarının paylaşıldığını açıqlayıb.
Hindistan ölkədə məhbus olan və Pakistan mənşəli 391 mülki məhbus və 33 balıqçının adını Pakistana verib.
Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Hussain Andrabi keçirdiyi mətbuat konfransında Hindistan tərəfinin açıqlamasını təsdiqləyib.
"Pakistan hökuməti bu gün 199 balıqçı və 58 mülki şəxs olmaqla 257 hindistanlı məhbusun adını Hindistana verib", - o qeyd edib.