IMG-LOGO

Alyaskada 5,7 maqnitudalı zəlzələ olub

01 Jan 2026 12:05 5 baxış
IMG

ABŞ-nin Alyaska ştatında 5,7 maqnitudalı zəlzələ olub.

"Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Ankoric şəhərindən 535 km şərqdə yerləşib. Zəlzələnin ocağı 9 km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.

Xəbər lenti