IMG-LOGO

Avrasiya İqtisadi İttifaqına sədrlik Qazaxıstana keçib

01 Jan 2026 10:05 4 baxış
IMG

Qazaxıstan 2026-cı il yanvarın 1-dən Avrasiya İqtisadi İttifaqına (Aİİ) sədrlik edir.

"Report" xəbər verir ki, bu barədə Qazaxıstan KİV məlumat yayıb.

Bu hüquq respublikaya Belarusdan keçib.

Məlumata görə, Qazaxıstanın qarşısında növbəti beş ildə neftdən asılılığı azaldaraq, eləcə də emal sənayesini, texnologiyaları və kənd təsərrüfatını inkişaf etdirərək ÜDM-i ikiqat artırmaq vəzifəsi dayanır.

2029-cu ilə qədər 80 milyard dollar dəyərində nəzərdə tutulan Milli İnfrastruktur Planı energetika, nəqliyyat və rəqəmsallaşmanı əhatə edir. Plana ümumilikdə 204 layihə daxildir.

Qazaxıstanın 2025-2040-cı illər üçün neft emalı sənayesinin inkişaf konsepsiyasının əsas elementlərindən biri emal gücünün iki dəfədən çox - ildə 18 milyon tondan 39 milyon tona qədər artırılması planıdır. Buna mövcud neft emalı zavodlarının genişləndirilməsi və yeni neft-kimya kompleksinin tikintisi hesabına nail olmağı planlaşdırırlar.

Eyni zamanda, Avropa və Çin arasında strateji mövqedən səmərəli istifadə, tranzit ticarəti üçün avtomobil və dəmir yolu şəbəkələrinin inkişafı və s. planlaşdırılır.

Xəbər lenti