Kipr 2026-cı il yanvarın 1-dən etibarən Avropa İttifaqı (Aİ) Şurasında altıaylıq sədrliyə başlayır.
"Report" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Danimarkadan təhvil alınan sədrlik iyulun 1-dək davam edəcək.
Sədrlik edən dövlət Aİ Şurasının iclaslarını (Xarici İşlər Şurası istisna olmaqla) təşkil və bu iclaslara sədrlik edir, gündəliyi formalaşdırır və altıaylıq prioritetləri müəyyən edir, Aİ ölkələri arasında danışıqlar aparır.
Kiprin Prezidenti Nikos Xristodulidis daha əvvəl vəd edib ki, ölkəsinin sədrliyi dövründə Ukraynanın dəstəklənməsini prioritet məsələ edəcək.