IMG-LOGO

Naxçıvanda Data Mərkəz inşa ediləcək

10 Jan 2024 18:09 85 baxış
IMG

Naxçıvanda Data Mərkəz inşa ediləcək.

"Report"un yerli bürosu xəbər verir ki, 2024-cü il ərzində Naxçıvan Muxtar Respublikasında Data Mərkəzin inşa edilməsi və müvafiq texniki infrastrukturun yaradılması planlaşdırılır.

Bununla bağlı tender proseduru artıq yekunlaşıb və Data Mərkəzin inşası və müvafiq texniki infrastrukturun yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ayrılmış 2 000.000.0 manat vəsaitin tam hissəsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən sifariş edilib.

Bu layihə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçiriləcək.

Bizim Telegram kanalımıza abunə olun

Mənbə: report.az

Xəbər lenti