IMG-LOGO

Hindistan iqtisadi baxımından Yaponiyanı geridə qoyub

01 Jan 2026 07:48 3 baxış
IMG

Hindistan Yaponiyanı geridə qoyaraq dünyanın dördüncü ən böyük iqtisadiyyatına çevrilib.

"Report" xəbər verir ki, bu barədə Hindistan hökumətinin saytında məlumat verilib.

"Hindistan 4,18 trilyon dollarlıq ÜDM ilə Yaponiyanı geridə qoyub, dünyanın dördüncü ən böyük iqtisadiyyatına çevrilib", - bəyanatda deyilir.

Hökumətin proqnozlarına görə, Hindistan iqtisadiyyatının 2,5-3 ildən sonra hazırda üçüncü yeri tutan Almaniyanı keçəcəyi gözlənilir.

Xəbər lenti