IMG-LOGO

Qızılca zamanı bu peyvənd yoxa çıxır

10 Jan 2024 18:00 85 baxış
IMG

“Qızılca üçün xüsusi müalicə yoxdur. Valideynlər tərəfindən uşaqlara evdə həkim təyinatı olmadan hər hansı bir dərman preparatının verilməsi doğru deyil”.  

Lent.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Sevinc Mehdiyeva bildirib.

Pediatr qeyd edib ki, həkim simptomlara, xəstəliyin ağırlığına və mümkün ağırlaşmalara görə simptomatik terapiya təyin edir:

“Qızılcanın tipik gedişi zamanı həkimin təyin edə biləcəyi dərmanlar, antipiretiklər - qızdırma 38 dərəcədən yuxarı olduqda, vitamin A - (qızılca zamanı A vitamini ehtiyatı tükənir, bu da xəstəliyə və ikinci dərəcəli infeksiyalara qarşı müqavimətin azalmasına səbəb olur) öskürək əleyhinə preparatlar, burun axması və burun tutulması zamanı qısa müddətə burun damcılarıdır”.

Mənbə: lent.az

Xəbər lenti