IMG-LOGO

Yanğından təxliyə olunan əkizlər Elmi-Tədqiqat Pediatriya İnstitutuna köçürülüb

10 Jan 2024 17:07 133 baxış
IMG

Respublika Perinatal Mərkəzindən təxliyə olunan 60 körpədən 2-si (əkizlər) valideynlərinin istəyilə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna köçürülüb.

Bu barədə "Report"a TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, hazırda müalicəsi davam etdirilən 50 uşaqdan 38-nin vəziyyəti stabil, 6-nın vəziyyəti orta ağır, digər 6-nın vəziyyəti isə qənaətbəxşdir.

Uşaqların müalicəsi Yeni Klinika, Kliniki Tibbi Mərkəz (KTM), KTM-in nəzdindəki Ə.Qarayev adına 2 saylı Uşaq Xəstəxanası, Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Perinatal Mərkəz, Respublika Klinik Xəstəxanası, Sabunçu Tibb Mərkəzi və Xətai Tibb Mərkəzində davam etdirilir.

Xatırladaq ki, təxliyə olunmuş yenidoğulmuşlardan 8-i tam sağlam şəkildə evə yazılıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Mənbə: report.az

Xəbər lenti