ABŞ ordusu Sakit Okeanın şərqində beynəlxalq sularda narkotik kartellərinin istifadə etdiyi üç gəmiyə zərbələr endirib.
"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Cənub Komandanlığı sosial şəbəkədə məlumat yayıb.
"Kəşfiyyat gəmilərin Şərqi Sakit okeanda məlum narkotik qaçaqmalçılığı marşrutu ilə hərəkət etdiyini və narkotik vasitələri daşıdığını təsdiqləyib. Hücum nəticəsində 3 nəfər həlak olub", - komandanlığın bəyanatında deyilir.
ABŞ Cənub Komandanlığı bildirib ki, ölənlərdən üçü gəmilərdən birində olub, digər ikisi isə digər iki qayığı tərk edib. Daha sonra hərbçilər gəmiləri batırıb və axtarış-xilasetmə üçün ABŞ Sahil Mühafizəsini xəbərdar edib.