IMG-LOGO

Şakira ilə evli olduğunu deyən kişi tutuldu

10 Jan 2024 17:03 86 baxış
IMG

Şakiranın təqib edən fanatı onun Cənubi Floridadakı evinin qarşısında həbs olunub.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, 56 yaşlı Texas sakini Daniel Valtier dələduzluq məqsədi ilə Şakiranı təqib etmək və avtomobil icarəyə götürməkdə ittiham olunub.

56 yaşlı kişi müğənni ilə evli olduqlarını iddia edir. Onun sözlərinə görə, o, Şakira ilə birlikdə biznes qurmağa da hazırlaşır.

Şakiranın təhlükəsizlik komandası Valtierdən sosial mediada yalan məlumat yerləşdirməyi dayandırmağı tələb edib. Həmin şəxs sosial şəbəkədə Şakiranın evinə getdiyini yazıb. O, müğənninin evinə çatan kimi həbs olunub.

Mənbə: lent.az

Xəbər lenti