IMG-LOGO

Məşhur xanəndədən toyda azan oxumasını istədilər

10 Jan 2024 15:38 80 baxış
IMG

Azərbaycanda çox varlı bir ailənin keçirdiyi toy məclisində ev sahibi toyda azan oxunmasını istəyib.

 Lent.az-ın məlumatına görə, o bundan ötrü xanəndə Mirələm Mirələmova müraciət edib, istədiyi qonorarın müqabilində məhz onun səsindən azan oxunması arzusunu bildirib.  Bu barədə Mirələm Mirələmov özü məlumat verib. O qeyd edib ki, toy sahibinin arzusunu yerinə yetirməyib.

“O məclisdə içki verilirdi. Dini inanclarım var. Belə bir addımın düzgün olmayacağını düşündüm, azan oxumayacağımı dedim. O da sonra məni anladı və fikrindən daşındı” deyə müğənni bildirib.

Qeyd edək ki, xanəndə Mirələm Mirələmov azan oxuma videosu sosial şəbəkələrdə maraqla qarşılanmışdı.  

Mənbə: lent.az

Xəbər lenti