"Gürcüstan 46 ölkə və bir inzibati vahidlə azad ticarət sazişi imzalayıb ki, bu da ölkənin ixracının 87%-ni əhatə edir".
"Report" xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat nazirinin müavini Gennadi Arveladze ilin yekunlarına dair açıqlama verərkən bildirib.
Onun sözlərinə görə, bu sazişlər sayəsində Gürcüstan məhsulları 2,3 milyard nəfərlik istehlak bazarına çıxış əldə edib. Arveladze qeyd edib ki, Gürcüstan yaxın vaxtlarda Serbiya ilə azad ticarət sazişi üzrə danışıqlara başlamağı planlaşdırır.
"İsraillə aktiv məsləhətləşmələr aparılır, Cənubi Koreya ilə danışıqlar artıq yekunlaşıb və hazırda hüquqi proseslər gedir".
Gennadi Arveladze əlavə edib ki, ixracın coğrafiyası da genişlənib: "Bu il Gürcüstan malları 134 ölkəyə satılıb. Eyni zamanda, onların 70-də ixrac, 20-də isə iki dəfə və ya daha çox artıb".