IMG-LOGO

Xalq artistinə Rusiyadan film təklifi - Baş rolda oynayacaq

10 Jan 2024 14:45 227 baxış
IMG

Xalq artisti Naibə Allahverdiyeva Rusiyadan bədii filmə çəkilmək üçün dəvət alıb.

Lent.az-ın məlumatına görə, aktrisa bu filmdə baş rollardan birində, mistik gücləri olan qaraçı qadın rolunu oynayacaq. Rusiyalı rejissorlar Naibə Allahverdiyevanı aktyor agentliyinin vasitəsilə taparaq, dəvət ediblər. Görünür Naibə xanımın illər öncə oynadığı falçı qaraçı qadın obrazı unudulmaz təsir buraxıb.

Naibə xanım Lent.az-a bildirib ki, o bir dəfə də Rusiya istehsalı olan “Cənnətdən kuryer” bədii filmində çəkilib. “Öncədən danışmaq mənə düşmür. Ona görə, indidən bu barədə heç nə demək istəmirəm. Təklif var. Möhkəm qrip virusuna yaxalanmışam, hələlik sağalmaq üçün əlimdən gələni edirəm ”,- o bildirib.  

Mənbə: lent.az

Xəbər lenti