Birləşmiş Ərəb Əmirlikləri ordusu Yəmənin Hadramaut əyalətindəki beynəlxalq hava limanından qüvvələrini geri çəkməyə başlayıb.
"Report"un xəbərinə görə, bu barədə "EFE" Yəmən hakimiyyətinə istinadən məlumat yayıb.
Bir gün əvvəl BƏƏ Müdafiə Nazirliyi Yəməndə ixtisaslaşmış antiterror qruplarının fəaliyyətini ixtisar etdiyini açıqlamışdı.
Yəmənin Prezident Administrasiya Şurasının rəhbəri Rəşad Məhəmməd əl-Alimi ölkədə 90 gün müddətinə fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalayıb və BƏƏ ilə müştərək müdafiə sazişinin ləğvini elan edərək, əmirlik qüvvələrinin 24 saat ərzində Yəmən ərazisindən çıxarılmasını tələb edib.