IMG-LOGO

İran Prezidenti keçmiş naziri Mərkəzi Bankının sədri təyin edib

31 Dec 2025 21:45 5 baxış
IMG

İran Prezidenti Məsud Pezeşkian keçmiş iqtisadiyyat və maliyyə naziri Abdolnasser Hemmatinin Mərkəzi Bankının yeni sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, bu barədə fərman İran prezidentinin saytında yerləşdirilib.

Sərəncamda deyilir: "İqtisadi artımın dəstəklənməsi, milli valyutanın dəyərinin qorunub saxlanılması və artırılması, sosial ədalətə nail olmaq üçün valyuta bazarının təşkilinə və idarə olunmasına, balanssızlıqların aradan qaldırılmasına, likvidlik artımına nəzarətə xüsusi və maksimum diqqət yetirməyinizi gözləyirəm".

Hemmati beş il müddətinə İran Mərkəzi Bankının rəhbəri təyin edilib.

Xəbər lenti