IMG-LOGO

2024-cü il tarixdə ən isti il ​​ola bilər

10 Jan 2024 13:42 132 baxış
IMG

2024-cü il tarixdə ən isti il ​​ola bilər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, rekord istilərin səbəblərindən biri "El Nino" - Sakit okeanın ekvatorial hissəsində suyun səth qatının temperaturunun dəyişməsi ola bilər.

Ümumdünya Meteorologiya Təşkilatı 2023-cü ili tarixin ən isti ili adlandırıb, lakin 2024-cü il ötən ildən də daha isti ola bilər. Milli Okean və Atmosfer Administrasiyasının baş elmi işçisi Maykl Makfadenin sözlərinə görə, Sakit okeanda suyun istiləşməsi Yer səthinin temperaturunun artmasına təsir göstərir.

Buna görə də, "El Nino" fenomeninin təsiri altında olan ikinci il birincidən daha isti ola bilər.

 

Mənbə: lent.az

Xəbər lenti