IMG-LOGO

Türkiyədə 3 çoban qar uçqununa düşüb

31 Dec 2025 14:31 7 baxış
IMG

Türkiyənin Artvin vilayətində 3 çoban qar uçqunu altında qalıb.

"Report" xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Bildirilib ki, hadisə Artvinin Ardanuç rayonuna bağlı Zəkəriyyə kəndində baş verib.

Çobanlar xırdabuynuzlu sürüləri ilə birlikdə qar uçqunu altında qalıblar. Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatı aparılır.

Xəbər lenti