Xalq şairi Nəriman Həsənzadə müalicə aldığı Mərkəzi Klinik Xəstəxanasından evə buraxılıb.
Lent.az xəbər verir ki, bu barədə APA-ya Xalq şairinin köməkçisi Arif Mehmandost məlumat verib.
" Həftədə bir dəfə dializ olunacaq. Bundan əlavə, evdə mütəmadi olaraq həkim müayinə edəcək", - deyə Xalq şairinin köməkçisi bildirib.
Qeyd edək ki, Nəriman Həsənzadə böyrəklərində yaranan problemlərlə əlaqədar olaraq bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi.
Xalq şairi Nəriman Həsənzadə