IMG-LOGO

Türkiyə Müdafiə Nazirliyi bu il təslim olan terrorçuların sayını açıqlayıb

31 Dec 2025 13:25 5 baxış
IMG

Türkiyə Milli Müdafiə Nazirliyi 2025-ci ildə təslim olan terroçuların sayını açıqlayıb.

"Report" "Haber Globala" istinadən xəbər verir ki, bu barədə nazirliyin illik hesabat brifinqində məlumat verilib.

Bildirilib ki, bu həftə daha 3 PKK terrorçusunun təslim olması ilə cari il ərzində təslim olanların sayı 111-ə çatıb.

Qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələri ölkənin təhlükəsizliyinə yönələn risk və təhdidlərə qarşı mübarizəni sərhədləri daxilində və hüdudlarından kənarda qətiyyətlə davam etdirir.

Xəbər lenti