IMG-LOGO

Lənkəranda DƏHŞƏTLİ QƏZA: İş adamı öldü

10 Jan 2024 11:53 134 baxış
IMG

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadən məlumatına görə hadisə Lənkəran - Boradigah - Masallı magistralının Lənkəran rayonunun Vilvan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

56 yaşlı Natiq İltifat oğlu Məmmədovun idarə etdiyi "Mercedes - 600" markalı avtomobil yol kənarındakı ağaclara və elektrik dirəklərinə çırpılıb. Zərbənin təsirindən avtomobilin mühərriki yerindən çıxıb. Sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.

Qeyd edək ki, qəzada ölən N.Məmmədov Lənkəranda sahibkar, iş adamı kimi tanınırdı. O, yanacaqdoldurma məntəqəsinin sahibi idi.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: lent.az

Xəbər lenti