Gürcüstan 2026-cı ildə iqtisadi artım, yeni iş yerləri, Bakı-Tbilisi-Qars dəmir yolu, Anakliya limanı və enerji sektoruna fokuslanacaq.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Mariam Kvrivişvili bildirib.
O bildirib ki, 2026-cı ildə əsas prioritetlər yüksək iqtisadi artımın təmin edilməsi ilə yanaşı, yeni iş yerlərinin yaradılması, yoxsulluğun azaldılması və əhalinin rifahının yaxşılaşdırılması olacaq.
M.Kvrivişvili bildirib ki, 2026-cı ildə həmçinin Bakı-Tbilisi-Qars dəmir yolunun tamamlanması, Anakliya dərin dəniz limanının tikintisinin aktiv mərhələyə keçməsi və enerji sektorunun inkişafı da prioritet layihələr sırasındadır.
Nazirin sözlərinə görə, bütün bu addımlar ölkənin iqtisadi və sosial inkişafına birbaşa təsir göstərəcək.