IMG-LOGO

Cənubi Kaliforniya dağlarında üç turist ölü tapılıb

31 Dec 2025 04:16 3 baxış
IMG

Cənubi Kaliforniyanın Baldi dağlarının ən yüksək zirvələrində üç turist ölü tapılıb.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, bu barədə San-Bernardino dairəsi şerifinin departamenti bildirib.

Məlumata görə, səlahiyyətlilər bazar ertəsindən etibarən San-Bernardino və Los-Anceles dairələrinin sərhədindəki dağlıq ərazidə turisləri qurudan və havadan axtarıblar. Turistlərdən biri 150 metrdən yüksək hündürlükdən düşüb.

Sonra onun iki yol yoldaşı mobil rabitənin olduğu yerə, xilasedicilərə kömək üçün GPS koordinatların təqdim edildiyi yerə çata bilib. Əvvəlcə xilasedicilər helikopterdən turistləri aşkar ediblər, lakin güclü külək fonunda onları təxliyə edə bilməyiblər. Daha sonra təcili yardım helikopteri göstərilən yerə enməyə müvəffəq olub, lakin həkimlər hər üç nəfərin öldüyünü bildirib.

Hazırda onların meyitlərinin təxliyəsi əməliyyatı aparılır.

Xəbər lenti