IMG-LOGO

Rubio və Fərhan əl Səud Yəməndə vəziyyətin kəskinləşməsini müzakirə ediblər

30 Dec 2025 23:47 4 baxış
IMG

ABŞ dövlət katibi Marko Rubio və Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan əl-Səud telefon danışığı aparıblar.

"Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Tommi Piqottun yazılı bəyanatında bildirilib.

Onun sözlərinə görə, iki ölkənin diplomatik idarələrinin rəhbərləri Yəməndə davam edən gərginlik barədə danışıblar və regional təhlükəsizliyə, sabitliyə təsir göstərən məsələləri müzakirə ediblər.

Daha əvvəl Səudiyyə Ərəbistanı Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) Yəmən hakimiyyətinin tələblərini yerinə yetirməyə və bir gün ərzində öz qoşunlarını respublikadan çıxarmağa çağırıb. Bundan sonra BƏƏ Müdafiə Nazirliyi Yəməndə anti-terror tapşırıqları yerinə yetirən qüvvələrinin fəaliyyətini dayandırdığını bildirib. BƏƏ həmçinin krallıq sərhədlərində hərbi əməliyyatlar keçirmək üçün Cənub Keçid Şurasının separatçılarına təzyiq göstərmələri ilə bağlı Səudiyyə Ərəbistanının ittihamlarını rədd edib.

Xəbər lenti