IMG-LOGO

Bakı və Abşeronda külək güclənib, rayonlara yağış, qar yağıb - FAKTİKİ HAVA

10 Jan 2024 00:41 133 baxış
IMG

Ölkə ərazisində yanvarın 9-u axşam saatlarından başlayaraq havə şəraiti dəyişib, şimal-qərb küləyi bəzi yerlərdə güclənib.

Bu barədə “Report”a ETSN-in Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Yanvarın 10-u saat 00.00-a olan məlumatına əsasən hazırda küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25 m/s, Şəkidə 18 m/s, Şabranda 16 m/s-dək çatıb.

Zaqatala, Xaçmaz, Ceyrançöl, Qubada yağış, Qaxın dağlıq ərazilərinə qar yağıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Mənbə: report.az

Xəbər lenti