IMG-LOGO

İstifadə müddəti bitən bu dərmanları qəbul etməyin

30 Dec 2025 18:52 5 baxış
IMG
0 0

Dərmanların böyük əksəriyyəti istifadə müddəti bitdikdən sonra effektivliyini itirir. Bəzi preparatlar isə bir neçə ay, hətta illər ərzində müəyyən xüsusiyyətlərini saxlaya bilsə də, bu, onların təhlükəsiz olduğu anlamına gəlmir. Xüsusilə həyati əhəmiyyət daşıyan dərmanların istifadəsi ciddi risklər yarada bilər.

İstifadə müddəti bitmiş insulin, nitroqliserin və ya antihistamin preparatlarının qəbulu sağlamlıq və həyat üçün təhlükəli ola bilər.

Dərmanın istifadə müddətini necə öyrənmək olar?

Lent.az xarici mediaya istinadla xəbər verir ki, dərman vasitələrinin, o cümlədən vitamin və qida əlavələrinin istifadə müddəti istehsalçı tərəfindən qablaşdırma üzərində göstərilir.

Son istifadə tarixi həmçinin ampulaların, tablet və kapsul blisterlərinin, flakonların və şamların üzərində qeyd olunur.

Qablaşdırmada dərmanların saxlanma şəraiti də mütləq göstərilir. Bu şərtlərə əməl edilmədikdə, preparat göstərilən tarixdən xeyli əvvəl yararsız hala düşə bilər.

Xüsusilə təhlükəli hesab olunan dərmanlar

Bəzi dərmanlar yalnız təsir gücünü itirmir, eyni zamanda potensial olaraq təhlükəli ola bilər. Bu, əsasən kritik vəziyyətlərdə istifadə olunan preparatlara aiddir:

İnsulin və digər hormonal dərmanlar – şəkərli diabetin nəzarətdə saxlanması üçün həyati əhəmiyyətlidir; nitroqliserin – stenokardiya zamanı parçalanaraq təsirsiz hala düşə bilər; epinefrin (EpiPen) – ağır allergik reaksiyalarda təsirinin azalması ölümcül nəticələrə səbəb ola bilər. Peyvəndlər və digər bioloji preparatlar saxlanma şəraitinə son dərəcə həssasdır; göz damcıları – steril mühit pozulduğu üçün bakterial çirklənmə və infeksiya riski yaradır; maye antibiotiklər – aktivliyini itirə bilər; şərbətlər və məhlullar aktiv maddələrin parçalanması səbəbilə daha tez təsirsizləşir.

Sağlamlıq üçün risklər

İstifadə müddəti bitmiş dərmanların qəbulu bir sıra arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Belə preparatlar zəhərlənmə, kəskin allergik reaksiyalar və müalicə olunmalı olan xəstəliklərin ağırlaşmasına səbəb ola bilər.

Müddəti keçmiş məlhəmlərin dəriyə çəkilməsi allergik reaksiya, qıcıqlanma və bəzi hallarda kimyəvi yanıq yarada bilər. Eyni zamanda, istifadə müddəti bitmiş göz damcıları və kontakt linzalar üçün məhlulların istifadəsi qətiyyən tövsiyə edilmir. Bu məhsullarda olan konservantlar zamanla təsirini itirir və bakteriyaların çoxalması üçün şərait yaradır.

Mütəxəssislər antibiotiklərin istifadəsinə də xüsusi diqqət yetirilməli olduğunu vurğulayır və müddəti keçmiş dərmanlardan istifadədən çəkinməyi tövsiyə edirlər.

dərman

Xəbər lenti