IMG-LOGO

AQTA 3 mindən çox Yeni il hədiyyə qutusunu satışdan çıxarıb

30 Dec 2025 15:39 5 baxış
IMG

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ticarət şəbəkələrində satışa çıxarılan 3 068 Yeni il hədiyyə qutusunu satışdan çıxarılıb.

Bu barədə "Report"a qurumdan məlumat verilib.

Bildirilib ki, cari il dekabrın 11-27-də keçirilən monitorinqlər zamanı 347 sahibkarlıq subyektində 21 min 182 məhsula baxış keçirilib.

Belə ki, 86 obyektdə qutuların üzərində etiket məlumatlarının olmadığı və yaxud düzgün aparılmadığı müəyyən edilib. Nəticədə tələblərə cavab verməyən 3 068 hədiyyə qutusu müvafiq qaydada aktlaşdırılaraq satışdan kənarlaşdırılıb.

Xəbər lenti