IMG-LOGO

Ukrayna Prezidenti Rusiyaya qalib gəlməyin şərtini açıqlayıb

30 Dec 2025 13:05 4 baxış
IMG

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ABŞ-nin dəstəyi olmadan ölkəsi Rusiya ilə müharibədə qalib gələ və ya onu öz şərtləri ilə başa çatdıra bilməz.

"Report" xəbər verir ki, o bu barədə ABŞ-yə səfəri çərçivəsində "Fox News" telekanalına müsahibəsində bildirib.

V.Zelenskinin sözlərinə görə, ABŞ-nin dəstəyi olmadan ölkənin hava müdafiəsi əhəmiyyətli dərəcədə zəifləyəcək:

"ABŞ-nin dəstəyi olmadan qalib gələ bilərikmi? Xeyr. Çünki, birincisi, bütün əsgərlər yalnız öz ailələri barədə düşünəcəklər. Və Amerika dəstəyi olmadan səmamız qoruya bilmərik. Hətta indi də bu çox çətindir. ABŞ-nin hava hücumundan müdafiə raketləri kimi dəstəyi həqiqətən faydalı və güclüdür. Rusiya yüzlərlə dron və raket istifadə edir və hava hücumundan müdafiə vasitələri kifayət etmir", - o deyib.

Xəbər lenti