IMG-LOGO

Zelenski: Rusiya Ukraynanın bərpasını maliyyələşdirməlidir

30 Dec 2025 12:52 4 baxış
IMG

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, əgər Rusiya müharibədən sonra Ukraynanın bərpasında iştirak etmək istəyirsə, bunu maliyyə baxımından etməlidir.

"Report" xəbər verir ki, o bu barədə ABŞ-yə səfəri çərçivəsində "Fox News" telekanalına müsahibəsində bildirib.

"Sual müharibədən sonra bərpa işlərinə yardım və Rusiyanın kömək etmək istəməsi barədə idi. Onlar bizə pul verə bilərlər. Bəli, onlar vəsait təqdim edə bilərlər və biz lazım olan hər şeyi bərpa edərik", - deyə Zelenski bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp dekabrın 28-də Florida ştatındakı Mar-a-Laqo iqamətgahında Ukrayna lideri Volodimir Zelenskini qəbul edib.

Xəbər lenti