IMG-LOGO

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu qızıl idxalı nəzərə alınmadan 30 % artıb

30 Dec 2025 12:55 4 baxış
IMG

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 2 milyard 213 milyon ABŞ dolları təşkil etsə də, bu rəqəm qızıl idxalı nəzərə alınmadan 7 milyard 255 milyon ABŞ dollarıdır və ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 30 % çoxdur.

"Report"un hesablamalarına görə, ölkəmiz 11 ayda makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi üçün strateji valyuta ehtiyatlarının mühüm elementlərindən biri kimi 5 milyard 42 milyon ABŞ dolları dəyərində qızıl idxal edib.

Qızıl idxalı real istehlak və iqtisadi aktivliklə bağlı olmadığından, idxalın dinamikasının və yaxud daxili tələblə bağlı idxal aktivliyinin təhlili zamanı nəzərə alınmır. Beləliklə, qızıl idxalı istisna olmaqla idxalın dəyəri 16 milyard 147 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən cəmi 0,5 % artım deməkdir.

Xəbər lenti