IMG-LOGO

Əməkdar artistin vəziyyəti ağırlaşdı: Əməliyyat olunacaq

09 Jan 2024 18:16 317 baxış
IMG

Tanınmış aktyor və rejissor, Əməkdar artist Sərvər Əliyev ürəyindən əməliyyat olunacaq.

Bu barədə Lent.az-a o özü məlumat verib. Aktyor Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

O bildirib ki, ürəyində yaranmış problemə görə həkimlər əməliyyat etmək üçün qərar verilər. Ötən il damarına stend qoyulan əməkdar artistə ikinci dəfə koronor angioqrafiya – “anju” əməliyyatı olunsa da, bu yetərli olmayıb. 

“Həkimlər qərar verib. Açıq əməliyyat olunmaq üçün həkimin təyin edəcəyi vaxtı gözləyirəm”, -  o qeyd edib.

 

Mənbə: lent.az

Xəbər lenti