IMG-LOGO

Keyfiyyət informasiya sisteminə yeni funksionallıq əlavə edilib

30 Dec 2025 10:27 2 baxış
IMG

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin yaratdığı və idarə etdiyi Keyfiyyət informasiya sistemində (E-keyfiyyet.gov.az) yeni funksionallıq istifadəyə verilib.

"Report" bu barədə Dövlət Agentliyinə istinadən xəbər verir.

Belə ki, "E-keyfiyyet.gov.az" üzərindən "Mənşə sertifikatı" alt modulu vasitəsilə bu sertifikatların həqiqiliyini yoxlamaq funksiyası yaradılıb. Artıq Keyfiyyət informasiya sisteminin "İnformativ xidmətlər" bölməsində mənşə sertifikatının nömrəsini, tarixini və hesab-faktura (invoys) nömrəsini qeyd etməklə həmin sertifikatın nüsxəsini görmək və onun doğruluğunu müəyyənləşdirmək mümkündür.

Azərbaycan dili ilə yanaşı, rus və ingilis dillərində də dəstəklənən yeni funksionallıq idxal ölkəsinin gömrük orqanlarının ölkədə verilən mənşə sertifikatlarının həqiqiliyi ilə bağlı məlumatlara əlçatanlığının təmin edilməsinə, bununla da yerli ixracatçıların idxalçı ölkədə əlavə vaxt və maliyyə itkisinin qarşısının alınmasına imkan yaradacaq.

Xəbər lenti