IMG-LOGO

Azərbaycan Monqolustana üzüm tədarük etməyə başlayıb

30 Dec 2025 10:33 2 baxış
IMG

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 8,6 milyon ABŞ dolları dəyərində 8 min 455 ton təzə üzüm ixrac edib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 76 %, kəmiyyət olaraq – 70 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 6,9 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 61 % çox) 6 min 630 ton (+51 %), Belarusa 535 min ABŞ dolları dəyərində (+22 %) 464 ton (+20 %), Ukraynaya 500,5 min ABŞ dolları dəyərində 400,6 ton (1 il əvvəl tədarük olmayıb), İraqa 451 min ABŞ dolları dəyərində (+14 dəfə) 644 ton (+15 dəfə), Türkiyəyə 124,5 min ABŞ dolları dəyərində (+80 %) 228 ton (+81 %) məhsul satıb.

Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə Monqolustana tədarük (9,5 min ABŞ dolları dəyərində 12,8 ton) həyata keçirilib.

Xəbər lenti