IMG-LOGO

Azərbaycanın özəl şirkətləri qeyri-neft məhsullarının ixracını 50 %-dən çox artırıb

30 Dec 2025 10:53 4 baxış
IMG

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın özəl şirkətləri arasında qeyri-neft məhsullarının ən böyük ixracatçısı "Azerbaijan International Mining Company Limited" MMC olub.

"Report" Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, şirkətin qeyd olunan dövrdə ixracı 112 milyon ABŞ dolları (il ərzində 3,4 dəfə və ya 78,9 milyon ABŞ dolları çox) təşkil edib.

Hesabat dövründə Azərbaycanın qeyri-neft sektorunda fəaliyyət göstərən 10 özəl şirkət 528,6 milyon ABŞ dolları məbləğində ixrac həyata keçirib ki, bu da ötən ilin eyni dövrü (333,4 milyon ABŞ dolları) ilə müqayisədə 58,55 % və ya 195,2 milyon ABŞ dolları çoxdur.

Qeyri-neft məhsulları ixrac edən ən böyük 10 Azərbaycan şirkəti:

Şirkət

2025-ci ilin yanvar-noyabr aylarında ixracın həcmi (milyon ABŞ dollar ilə)

2024-cü ilin yanvar-noyabr aylarında ixracın həcmi (milyon ABŞ dollar ilə)

Faiz fərqi

"Azerbaijan International Mining Company Limited" şirkətinin Azərbaycandakı nümayəndəliyi

112

33,1

238,37%

"Prime Cotton" MMC

99,5

90,8

9,58%

"Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC

56,9

37,7

50,93%

"Baku Steel Company" QSC

53,7

56,8

-5,46%

"Export Stream" MMC

40,2

22,8

76,32%

"STP Alüminium" MMC

39,5

7

464,29%

"Tabaterra" QSC

39,3

30,8

27,60%

"UYTROP" MMC

29,5

0

-

"Khan-El" MMC

29,1

28,4

2,46%

"P-Aqro" MMC

28,9

26

11,15%

Hesabat dövründə Azərbaycanın qeyri-neft ixracı 7,3 % artaraq 3,3 milyard ABŞ dollarına çatıb.

Xəbər lenti