IMG-LOGO

Bu gün iki rayonda işıq olmayacaq

30 Dec 2025 09:41 2 baxış
IMG
0 0

Bu gün Biləsuvar və Lənkəranın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan Lent.az-a verilən məlumata görə, dekabrın 30-da Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq yarımstansiyada 20 mVA gücündə transformatorda təmir işi aparılacaq. Bununla əlaqədar olaraq saat 12:00-dan 13:00-dək rayonun bir sıra yaşayış məntəqələri və şəhər ərazisinin bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Həmçinin Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq “Lənkəran-2” yarımstansiyasından çıxan 10 kV-luq 4 saylı şəhər hava xəttində təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 12:30-dan 14:30-dək şəhər ərazisində Müzəffər Nəsirli, Şəkər Aslan, Vidadi, Şahin Məmmədov, Səməd Vurğun, Şirəli Axundov küçələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Azərişıq işıq olmayacaq işıqda problemlər

Xəbər lenti