2015-ci ildə 7 illik evliliklərini rəsmi şəkildə başa vuran Çağla Şıkel və Emre Altuğ, ayrılıqlarına baxmayaraq övladları Uzay və Kuzey üçün münasibətlərini mədəni çərçivədə davam etdirirlər.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, keçmiş həyat yoldaşları bu dəfə də uşaqları ilə birlikdə şam yeməyində bir araya gəliblər. Yeni ilin gəlişini qeyd edən ailə üzvləri birlikdə xoş və səmimi anlar yaşayıblar.
Qeyd edək ki, məşhur cütlük boşandıqdan sonra da uşaqlarının xoşbəxtliyi naminə xüsusi günlərdə tez-tez bir araya gəlir.
Çağla Şıkel Emre Altuğ maqazin