IMG-LOGO

Azərbaycan tomat ixracından gəlirini 13 % artırıb

30 Dec 2025 10:03 4 baxış
IMG

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 175,4 milyon ABŞ dolları dəyərində tomat ixrac edib.

"Report" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın dekabr sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,9 % çoxdur.

Təkcə noyabrda isə Azərbaycan 15,8 milyon ABŞ dolları dəyərində tomat ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 17,9 % çoxdur.

11 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 % artaraq 3,3 milyard ABŞ dolları təşkil edib.

Xəbər lenti