ABŞ Müharibə Nazirliyi Amerika korporasiyası "Boeing" ilə İsrail Hərbi Hava Qüvvələri üçün "F-15" qırıcılarının tədarükünə dair 8,57 milyard dollarlıq müqavilə imzalayıb.
"Report"un məlumatına görə, bu barədə Pentaqonun saytında dərc olunan açıqlamada bildirilir.
Sənədə əsasən, müqavilə 25 yeni "F-15IA" qırıcısının hazırlanmasını, inteqrasiyasını, avadanlıqların quraşdırılmasını, sınaqlarını, istehsalını və İsrail Hərbi Hava Qüvvələrinə təhvil verilməsini nəzərdə tutur. Razılaşma həmçinin əlavə 25 təyyarənin tədarükünü artırmaq seçimini də əhatə edir.
Pentaqonda gözlənilir ki, "Boeing" müqavilə üzrə öhdəliklərini 2035-ci ilin sonuna qədər yerinə yetirəcək.