IMG-LOGO

Gənc icra başçısının işdən çıxarılma səbəbi bilindi - QANUNSUZ PUL YIĞIRMIŞ

29 Dec 2025 20:02 2 baxış
IMG
3 0

Bu gün Elxan Oqtay oğlu İbrahimovun Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə xəbər vermişdik. 

Lent.az xəbər verir ki, Elxan İbrahimovun ötən ay təyin olunduğu vəzifəsindən kənarlaşdırılmasının səbəbi məlum olub. 

"Unikal"ın yaydığı məlumata görə, E.İbrahimov özəl şirkətlərdən qeyri-qanuni pul yığdığına görə vəzifəsindən azad edilib.

Onun Nəsimi rayonunda yerləşən iri şirkətlərdən 100-200 min manat pul yığdığı məlum olub.

Qeyd edək ki, bir neçə gün əvvəl E.İbrahimovun yeni təyin etdiyi köməkçisi Ceyhun İsmayılov da elə məhz bu məsələyə görə işdən çıxarılıb.

Elxan İbrahimov icra başçısı işdən çıxarıldı

Xəbər lenti