IMG-LOGO

HƏMAS Məhəmməd Sinvarın və Əbu Ubeydənin ölümünü təsdiqləyib - YENİLƏNİB

29 Dec 2025 18:40 3 baxış
IMG

Fələstinin HƏMAS hərəkatı "İzzəddin əl-Qassam Briqadaları" qruplaşmasının rəhbəri və rəsmi nümayəndəsinin ölümünü təsdiqləyib.

"Report" xəbər verir ki, müvafiq bəyanatla radikalların yeni nümayəndəsi çıxış edib.

"İzzəddin əl-Qassam Briqadaları"nın rəhbəri Məhəmməd Sinvar Qəzzada həlak olub. Həmçinin qruplaşmanın rəsmi nümayəndəsi Əbu Ubeydənin öldürüldüyünü də təsdiqləyirik, lakin biz onun işini davam etdirəcəyik", - HƏMAS-ın hərbi qanadının yeni nümayəndəsi vurğulayıb.

Onun adı hələlik açıqlanmır.

18:17

HƏMAS Qəzzada hərəkatın hərbi qanadına rəhbərlik edən Məhəmməd Sinvarın ölümünü təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi bildirib.

Xəbər lenti