Gəncədə yol-nəqliyyat hadisəsi hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.
Hərəkətdə olan "Opel" ilə "VAZ 2106" markalı minik maşınları toqquşub.
Qəza zamanı 1985-ci il təvəllüdlü Ayaz Məmmədov ölüb.
Xəsarət alan 1962-ci il təvəllüdlü Məhəd Qasımovun müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparırılır.
Mənbə: lent.az