IMG-LOGO

Bədii gimnastika üzrə ikiqat ölkə çempionu 19 yaşında vəfat edib

25 Dec 2025 22:12 5 baxış
IMG

Bədii gimnastika üzrə ikiqat Braziliya çempionu İzabel Marçinyak 19 yaşında vəfat edib.

"Report" xəbər verir ki, bu barədə Parana Dövlət Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Gənc idmançının ölümünə limfa sistemini zədələyən bədxassəli xərçəng xəstəliyi səbəb olub.

Qeyd edək ki, İzabel Marçinyak 2021-ci ildə Braziliya çempionatında çoxnövçülük üzrə qızıl medal qazanıb. O, həmin turnirdə topla hərəkətlər üzrə yarışda da birinci olub.

Xəbər lenti