IMG-LOGO

Yaponiya sahillərində 5,6 maqnitudada zəlzələ baş verib

25 Dec 2025 21:17 5 baxış
IMG

Yaponiyanın Hokkaydo adası sahillərində 5,6 maqnitudada zəlzələ qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi seysmoloji mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 239 min nəfərin yaşadığı Hatinohе şəhərindən (Aomori şimal prefekturası) 111 km şimal-şərqdə, 62 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur, sunami təhlükəsi elan edilməyib.

Xəbər lenti