IMG-LOGO

Dövlət sifarişi ilə istehsal ediləcək 10 film layihəsi müsabiqənin növbəti mərhələsinə keçib

25 Dec 2025 19:57 3 baxış
IMG

Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) tərəfindən elan olunmuş 2025-ci il üzrə "Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri" müsabiqəsinin ikinci mərhələsi başa çatıb.

Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən bildirilib.

Bildirilib ki, bu mərhələdə 17 şirkət tərəfindən təqdim edilmiş 32 tammetrajlı bədii film layihəsi üzrə ilkin tələblərin uyğunluğu yoxlanılıb, eyni zamanda layihələrin tritmentləri bədii baxımdan qiymətləndirilib.

Layihələrin müsabiqə çərçivəsində müəyyən edilmiş mövzulara uyğunluğu, orijinallığı, əhəmiyyətliliyi və digər meyarlar əsas götürülüb.

Beləliklə, ümumilikdə 10 layihə - "8 gün" ("Alıoğlu Media Group" MMC), "Berqmana məktublar" ("Buta Film" MMC), "Dolu 2" ("CNF" MMC), "Varis" ("Dream Big Company"), "Mən, Lalə, bir də o" (İctimai Televiziya və Radio Yayımları Şirkəti), "Sonuncu qastrol" ("Karvan Production" MMC), "Xalı" ("Mediamaster" MMC), "Qələbə gülü" ("Narimanfilm" MMC), "Bir, iki, üç" ("Nova Gorica Kino Mərkəzi" MMC), "Rəqqa" ("Rakurs Film-Media" MMC) və "Türkmənçay" ("Şahdağ Film" MMC) - 3-cü mərhələyə keçib.

Qeyd edək ki, bu mərhələdə iştirak hüququ qazananlar müsabiqənin reqlamentinin üç nömrəli əlavəsində göstərilən sənədləri 1 ay müddətində Azərbaycan Respublikasının Kino Agentliyinə elektron qaydada təqdim etməlidirlər.

Xəbər lenti