Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən İmam məscidində təmir, bərpa və tikinti işlərinin aparılması nəzərdə tutulur.
"Report" xəbər verir ki, bununla bağlı Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi hazırlıqlara başlayıb.
İşləri "Fortis Construction" MMC həyata keçirəcək və əvəzində 509 min manat haqq alacaq.
Xatırladaq ki, Prezident İlham Əliyev bu il mayın 5-də həmin məsciddə təmir-bərpa işlərinin həyata keçirilməsi üçün sərəncam imzalayıb. Sərəncamla dövlət başçısının ehtiyat fondundan Dövlət Komitəsinə 600 min manat vəsait ayrılıb.