IMG-LOGO

Salyan heyvan bazarı yenidən qurulub

25 Dec 2025 17:39 5 baxış
IMG

Salyan rayonunda yerləşən heyvan bazarında yenidənqurma işləri yekunlaşdırılıb, bazar yenidən qurulub.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, aparılan işlər zamanı bazar ərazisi hasarlanıb, bütün sahə betonlanıb, bazarın giriş hissəsində baytarlıq nəzarətinin həyata keçirilməsi üçün müvafiq şərait yaradılıb. Eyni zamanda iri və xırda buynuzlu heyvanlar üçün ayrı-ayrı satış pavilyonları quraşdırılıb, yem anbarı inşa edilib, həmçinin tullantıların yığılması və idarə olunması məqsədilə xüsusi sahə ayrılıb.

Yaxın günlərdə bazarın fəaliyyətə başlaması ilə bağlı məsələyə Agentlik tərəfindən baxılması nəzərdə tutulur.

Xəbər lenti